Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch Ratings: Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13 %-dək azaltmağı hədəfləyir - BBN

Fitch Ratings: Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13 %-dək azaltmağı hədəfləyir

Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirinin ÜDM-də payını 13 %-ə qədər azaltmağı qarşıya məqsəd qoyub.

Bu barədə Arvind Ramakrishnan, Fitch Ratings beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda keçirilən vebinar zamanı bildirib.

A.Ramakrişnan xatırladıb ki, 2022-ci ildən etibarən Azərbaycanda büdcə qaydası tətbiq olunur və bu qaydanın əsas göstəricisi qeyri-neft ÜDM-ə nisbətdə ilkin qeyri-neft kəsiridir.

“Bu dövrdən etibarən hökumət faktiki olaraq bu göstəricini planlaşdırılandan daha yaxşı icra edir. Məsələn, 2024-cü ildə hədəf kəsir səviyyəsi 24 % müəyyən edilsə də, faktiki göstərici 20,4 % olub. Bu müsbət qiymətləndirilsə də, möhkəm öhdəliklərin olmaması və hədəflərin tez-tez dəyişməsi müşahidə olunur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Fitch Ratings bu dəyişikliklərin səbəbləri ilə bağlı kifayət qədər aydınlığa malik deyil və bu hal ortamüddətli perspektivdə sözügedən maliyyə lövbərinə olan etimadı zəiflədə bilər.

“Buna baxmayaraq, ümumilikdə hakimiyyət orqanları BVF-nin bu göstəricinin hər il ÜDM-in azı 1,5 faiz bəndi yaxşılaşdırılması ilə bağlı tövsiyələrinə əməl edirlər. Cari hədəf 2029-cu ilə qədər qeyri-neft ÜDM üzrə kəsirin 13 %-ə endirilməsidir və biz hesab edirik ki, hökumət bu məqsədə çatmaqda qərarlıdır”, – deyə A.Ramakrişnan əlavə edib.

Related posts

Trampın İrana yönəlik hərbi xəbərdarlığı fonunda neft qiymətləri yüksəldi

BVF: Neftin orta qiyməti 2026-cı ildə 62,13 dollar, 2027-ci ildə 62,17 dollar olacaq

Neft bazarında dəyişiklik qeydə alınmayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı