29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FNC BOKT” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2001024242 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FNC BOKT” QSC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001024242 |
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 950 (ədəd) |
| İlkin ticarət qiyməti | 5,000 manat |
| İstiqrazların buraxılış həcmi | 4,750,000 manat |
| Kupon faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 5 il |
| Hərrac qiyməti* | 5,000 manat |
| Reallaşdırılmış həcm | 4,750,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 4,750,000 manat |
| İnvestor sayı | 50 |
| Sifariş sayı | 50 |
| Anderrayter | “CPM-İnvest İnvestisiya Şirkəti” ASC |