Fransa iqtisadiyyatı 2026-cı ilə çox çətin makroiqtisadi mühitdə qədəm qoyub.
Sözügedən ölkə iqtisadiyyatı həm büdcə böhranı, həm də əmək bazarında kəskin pisləşmə ilə üzləşib.
BBN.az xəbər verir ki, Insee statistika agentliyinin məlumatına görə, 2025-ci ilin sonunda 7,9% olacağı proqnozlaşdırılan işsizlik səviyyəsi 2026-cı ilin birinci rübündə 8,1%-ə yüksəlib.
İşsizlik artımının hər hansı bir sektora və ya yaş qrupuna xas olmaması iqtisadi zəifliyin geniş yayıldığını göstərir. İşsizlik səviyyəsi gənclərin işsizliyindən tutmuş yaşlı işçilərə qədər bütün yaş qruplarında artıb.
Fransa Bankının dərc etdiyi bir araşdırma, Yaxın Şərqdəki müharibənin iqtisadi fəaliyyətə ciddi bir yük qoymağa başladığını və inflyasiya təzyiqlərini artırdığını ortaya qoydu.
Hökumətin fevral ayında yaşadığı siyasi qarışıqlıq və davam edən büdcə böhranı struktur islahatlarını ləngidir və iş yerləri yaratmaq imkanlarını məhdudlaşdırır.