ABŞ-ın İrana qarşı hərbi fəaliyyəti milli xəzinə üçün getdikcə daha baha başa gəlir.
BBN.az xəbər verir ki, Pentaqonun maliyyə direktoru və müdafiə nazirinin müavini Jules Hearst bu müharibənin maliyyə və humanitar ölçüləri ilə bağlı məlumatlar açıqlayıb..
Hearst bildirib ki, bu günə qədər əməliyyatlara xərclənən məbləğ 29 milyard dollara çatıb.
Bu məbləğ aşağıdakı kimi bölünüb:
24 milyard dollar: Birbaşa silah tədarükünə, raketlərə, sursata, hərbi texnikanın alınmasına və müharibəyə hazırlığın qorunmasına xərclənib.
Qalan hissə hərbi texnikanın təmirinə, köhnəlmiş avadanlıqların dəyişdirilməsinə və gündəlik əməliyyat xərclərinin ödənilməsinə sərf olunub.
Təəccüblü olan hərbi xərclərin son dərəcə yüksək artım tempidir. Cəmi iki həftə əvvəl, 29 apreldə Pentaqon xərcləri 25 milyard dollar olaraq qiymətləndirmişdi. Beləliklə, 14 gündən az müddətdə hərbi əməliyyatlar 4 milyard dollar bahalaşıb.
Müdafiə naziri Pit Heqset və general Den Keyn də daxil olmaqla yüksək vəzifəli şəxslər bu mühüm konqres dinləməsində iştirak ediblər.
Bu rəqəmlər göstərir ki, bu hərbi kampaniya Vaşinqton üçün təkcə iqtisadi deyil, həm də sosial baxımdan ağır bir yükə çevrilib. Hazırda Pentaqon və Konqres nümayəndələri gələcək xərclər və əməliyyatların səmərəliliyi ilə bağlı müzakirələri davam etdirirlər.