Gəncə və Şamaxıda keçirilən əmək yarmarkalarında 250-dən artıq vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.

Gəncə-Daşkəsən Regional Məşğulluq filialını tərəfindən təşkil edilən məşğulluq tədbirində 14 işəgötürən tərəfindən 127 vakansiya təqdim edilib.

Agentliyin Dağlıq Şirvan Regional Məşğulluq filialının  tərəfindən Şamaxı şəhərində keçirilən əmək yarmarkasında isə 18 işəgötürən tərəfindən 128 vakansiya təqdim edilib.

Hər iki tədbirdə  vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkalarda həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

DSMF-nin xərcləri 13,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı