Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialını tərəfindən təşkil edilən məşğulluq tədbirində 14 işəgötürən tərəfindən 127 vakansiya təqdim edilib.
Agentliyin Dağlıq Şirvan Regional Məşğulluq filialının tərəfindən Şamaxı şəhərində keçirilən əmək yarmarkasında isə 18 işəgötürən tərəfindən 128 vakansiya təqdim edilib.
Hər iki tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkalarda həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.