Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Gabala Beverage Company” şirkətininin təsisçisi ilə görüş keçirilib - BBN

“Gabala Beverage Company” şirkətininin təsisçisi ilə görüş keçirilib

Gabala Beverage Company” şirkətininin təsisçisi ilə görüşdə biznes təşəbbüsləri, alkoqollu və alkoqolsuz içki zavodunun tikintisi üzrə görülən işlər müzakirə edilib. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Gabala Beverage Company” şirkətininin təsisçisi Sezar Çöçelli ilə görüşüb.

Görüşdə şirkətlə əməkdaşlıq məsələləri və biznes təşəbbüsləri müzakirə edilib. Qəbələ rayonu ərazisində alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Layihənin rəqabətqabiliyyətli məhsul istehsalı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun təşviqi baxımından perspektivləri qeyd edilib.

Xatırladaq ki, “Gabala Beverage Company” şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş “Azərbaycan İnvestisiya Şirkəti” ASC) və Gürcüstanın “Georgian Beer Company” Ltd şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə əsasən yaradılıb. Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodu illik 147 milyon litr istehsal gücünə malik olacaq.

Related posts

Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının iclaslarında Azərbaycan təmsil olunub

DSMF nümayəndə heyəti əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib

İqtisadiyyat nazirinin müavini Qafqaz İnvestisiya Forumunda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı