Gömrük rüsumları üzrə daxilolmalar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 4 milyard 931,199 milyon manat təşkil edib.

BBN.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 28,6% artaraq 1 milyard 556,862 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3% azalaraq 3 milyard 194,85 milyon manat, aksizlər üzrə daxilolmalar 11,2% azalaraq 148,82 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 7,9% azalaraq 30,667 milyon manat olub.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı