Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib - BBN

“Gömrük tarifi haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilir ki, layihəyə əsasən Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur.

Eyni zamanda ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Related posts

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Ələt Azad İqtisadi Zonasının investisiya imkanları Ukrayna nümayəndə heyətinə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı