Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Google” Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb - BBN

“Google” Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb

“Google” Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.

BBN.az xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi  təsdiqləyib.

Bildirilib ki, Rusiya mobil operatorları ilə “Google” hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəsinə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.

Nazirlik Rusiyadakı “Google” xidmətlərinin istifadəçilərinə məlumatlarının ehtiyat nüsxələrini yaratmağı, ikifaktorlu autentifikasiyanın alternativ üsullarına keçməyi və ya yerli platformalardan istifadə etməyə başlamağı tövsiyə edib.

Qeyd olunub ki, əvvəllər yaradılmış hesablar üçün SMS vasitəsilə avtorizasiya təsdiqi hələ də işləyir.

Related posts

“X” gəlir paylaşımı proqramını dəyişir

“Microsoft” 300 mindən çox yeni süni intellekt çipi istehsal etməyə hazırlaşır

“Intel” 15 milyard dollar kapital cəlb etməyə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı