“Hertz” daha 65 min elektromobili aktivlərinə əlavə edib

ABŞ-da uzun müddətdir ki fəaliyyət göstərən və avtomobil icarəsi sahəsində nəhəng şirkətlərdən olan “Hertz Corporation” elektromobil istehsalçısı “Polestar” ilə əməkdaşlıq çərçivəsində 65 min ədəd elektriklə işləyən avtomobil sifariş edəcək. “Hertz”in icarə avtomobillərini elektromobillərlə əvəz etməyi planlaşdırması layihəsi çərçivəsində həyata keçiriləcək bu satınalmanın ümümi məbləği açıqlanmasa da, “Polestar 2 sedan” markalı elektromobilin qiymətinin 49 min dollar civarında olduğunu nəzərə alsaq, ümumilikdə 3.18 milyard dollara yaxın bir rəqəmin elan edilməsi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə müflisliyin astanasından dönən “Hertz” şirkəti elektromobilləşdirmə layihəsi çərçivəsində “Tesla” şirkətindən 100 min ədəd avtomobil sifariş edib. 4.2 milyard dollara başa gələn bu qərar nəticəsində şirkət müflislikdən çıxa bilib və səhm dəyəri 10%-dən çox artaraq 27.17 dollar olub. Daha sonra isə “Hertz” , “Knighthead Capital Management” və “Certares Management” investisiya şirkətləri başda olmaqla, bir sıra şirkətlərdən ümumilikdə 5.9 milyard dollar məbləğində investisiya cəlb edib.

Related posts

AZPROMO “TCCA+” proqramına həsr olunan dəyirmi masada iştirak edib

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

İsveçrə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 3 dəfə azaldıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı