Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar - BBN

Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

2025-ci idə Azərbaycanda dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb.

BBN.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, büdcə vəsaitlərinin bank hesablarında saxlanılması büdcə uçotunda uyğunsuzluqlara səbəb olub.

Seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunub, lakin bank hesablarında qalmış xərc məbləğləri 600 milyon manatdan çoxdur (məxfi sahələr nəzərə alınmadan). Bu məbləğin təxminən 400,0 milyon manatdan çoxu hesabat ilində əsaslı xərclərə ayrılmış vəsaitlər üzrə icra kimi göstərilib.

Bundan əlavə, bəzi qurumlar üzrə hesabat ilinin əvvəlinə bank hesablarında qalıq məbləğ kimi qeydə alınmış vəsaitin məbləğində hərəkətlilik (bank hesabındakı vəsaitin də icra edilməsi) müşahidə edilsə də, bu, bütün qurumlar üçün xarakterik olmaıb.

“Dövlət büdcəsinin icrası barədə hesabatlar, eləcə də illik hesabatda kassa icrasına aid edilmiş bəzi məbləğlər qurumlar tərəfindən təqdim edilmiş məlumatlarda bank hesabında saxlanılmış vəsait kimi göstərilib, məlumatlarda müvafiq qurumlar tərəfindən icra edilməmənin səbəbi və vəsaitin 2026-cı ildə icra ediləcəyi də əks etdirilib. Bu isə “Büdcə sistemi haqqında” qanunun “dövlət büdcəsinin kassa icrası” anlayışı ilə uyğunsuzluq yaradır”, – deyə Rəydə qeyd olunub.

Related posts

Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib

Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib

Avropa Mərkəzi Bankı əsas faiz dərəcəsini 2,25 faizə yüksəldib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı