Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İFC ilə yaşıl enerji layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub - BBN

İFC ilə yaşıl enerji layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Nazirlik və IFC arasında dənizdə külək enerjisindən istifadə də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Azərbaycanda yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində IFC və Dünya Bankı Qrupu ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpa olunan enerji ixracı planları haqqında danışıb. Ölkəmizin yaşıl inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib.

IFC-nin vitse-prezidenti Azərbaycanın COP29 beynəlxalq konfransına ev sahibliyi ilə əlaqədar təbriklərini çatdırıb. Ölkəmizin unikal yaşıl enerji potensialına, bu sahədə iddialı hədəflərinə və əldə etdiyi nailiyyətlərə diqqət çəkərək təşkilatın layihələrin həyata keçirilməsində texniki dəstək göstərməyə hazır olduğunu bir daha vurğulayıb.

Söhbət zamanı yaşıl enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, yaşıl hidrogen, elektromobillik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan neftinin qiyməti 103 dolları keçib

IMF: Yaxın Şərqdə uzunmüddətli münaqişə bazarlara və iqtisadi artıma ciddi təsir göstərə bilər

BP yayda AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı