Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM və Nyu Kasl Universiteti müəllimləri seminara dəvət edir - BBN

İİTKM və Nyu Kasl Universiteti müəllimləri seminara dəvət edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyanın Newcastle (Nyu Kasl) Universiteti ilə birgə müəllimləri iki günlük seminarda iştiraka dəvət edir. Seminar 17 və 18 noyabr 2022-ci il tarixində saat 11:00-dan 17:00-ə kimi İİTKM-də keçiriləcək.

İnteraktiv formada təşkil olunacaq seminar müəllimlər üçün biznes və sahibkarlıq sahəsində prioritet mövzuları əhatə edəcək:

 • Müvafiq tədris və təhsil strategiyalarının hazırlanması;

• Tədris zamanı tələbələrə həvəsləndirici metodların aşılanması;

• Maraqlı tərəflərlə birgə işin öyrədilməsi;

•Bu sahədə ixtisaslaşan müəllimlərin təcrübələrini qiymətləndirmək və s.

 Seminarda əvvəlki layihələrə, o cümlədən, “Creative Spark”a qatılmış və Bakı şəhərində fəaliyyət göstərən hər bir universitet müəllimi iştirak edə bilər. Hər iki gündə iştirak etmək imkanı olan müəllimlərin müraciəti daha arzuolunandır.

İştirak üçün son qeydiyyat tarixi: 16 noyabr, saat 13:00

Qeydiyyat linki: https://forms.gle/gW6RMFgLy3Q7R2ce6

Təlimçilər: Dr. Fiona Whitethurst və Leigh Sear

Seminarla bağlı sualınız olarsa Creative Spark layihəsinin meneceri Elnur Əliyevə (elnur.aliyev@ereforms.gov.az və ya +994 502894080), eləcə də  təlimçi Dr. Fiona Vaythörstə (fiona.whitehurst@newcastle.ac.uk) müraciət edə bilərsiniz.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı