2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 443 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici əvvəlki illə müqayisədə 0,7 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 2,8 % azalaraq 434,9 milyon manat təşkil edib.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi 8,3 % artaraq 650 milyon manata çatıb. Eyni zamanda, Fonda dövlət büdcəsindən ayrılan vəsait 8,9 % azalaraq 79,9 milyon manata düşüb.