Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb - BBN

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

ING Group 2026-cı il üzrə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yüksəldib.

Maliyyə qrupu əvvəlki proqnozla müqayisədə Brent neftinin orta qiyməti üzrə gözləntisini 4 ABŞ dolları artıraraq 89 dollardan 93 dollar/barelə çatdırıb.

ING-in may ayında yenilənmiş proqnozuna əsasən, Brent neftinin orta qiymətinin 2026-cı ilin ikinci rübündə 104 dollar, üçüncü rübündə 99 dollar, dördüncü rübündə isə 92 dollar təşkil edəcəyi gözlənilir.

Bununla yanaşı, 2027-ci il üzrə proqnoz dəyişdirilməyib və neftin orta qiymətinin 77 dollar/barel səviyyəsində olacağı gözlənilir.

Qurumun qiymətləndirməsinə görə, 2027-ci ilin birinci rübündə Brent neftinin orta qiyməti 82 dollar, ikinci rübündə 79 dollar, üçüncü rübündə 75 dollar, dördüncü rübündə isə 72 dollar olacaq.

Hesabatda qeyd olunub ki, proqnozun yuxarı istiqamətdə yenilənməsi Yaxın Şərqdə artan geosiyasi gərginliyin enerji bazarlarında təklif risklərini artırması ilə əlaqədardır.

Related posts

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb

MCDF: Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyətini artırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı