Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb - BBN

ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Niderlandın ən böyük maliyyə qurumlarından biri olan “ING Group” Azərbaycan iqtisadiyyatı ilə bağlı inflyasiya proqnozlarını yenidən nəzərdən keçirib və artıma doğru dəyişiklik edib.

BBN.az xəbər verir ki, maliyyə qrupunun yenilənmiş proqnozlarına əsasən, 2025-ci il üzrə inflyasiya gözləntisi əvvəlki 5,3%-dən 5,4%-ə, 2026-cı il üçün isə 5,1%-dən 5,3%-ə qaldırılıb. 2027-ci il üzrə proqnoz isə 8,9% səviyyəsində müəyyən edilib.

Bundan əlavə, “ING Group” 2025–2026-cı illər üzrə rüblük inflyasiya göstəricilərini də artırıb. Belə ki, bu ilin dördüncü rübü üçün inflyasiya proqnozu 4,8%-dən 5,1%-ə, 2026-cı ilin birinci rübü üzrə 4,9%-ə, ikinci rüb üzrə 5,1%-ə, üçüncü rüb üzrə 5,3%-ə, dördüncü rüb üzrə isə 5,7%-ə yüksəldilib.

Azərbaycan üzrə inflyasiya ilə bağlı digər beynəlxalq təşkilatların da proqnozları mövcuddur. İqtisadiyyat Nazirliyi bu il ölkədə orta illik inflyasiyanı 5,1%, 2026-cı ildə isə 4,3% səviyyəsində gözləyir. Azərbaycan Mərkəzi Bankı (AMB) isə 2025-ci ildə inflyasiyanın 5,5%, 2026-cı ildə isə 3,8% olacağını proqnozlaşdırır.

Digər beynəlxalq qurumların proqnozları isə aşağıdakı kimidir:

  • BMT: 2025-ci ildə 3,6%, 2026-cı ildə 3,1%;

  • Dünya Bankı: 2025–2026-cı illər üçün 2,3%;

  • Beynəlxalq Valyuta Fondu (IMF): 2025-ci ildə orta illik inflyasiya 5,7%, illik inflyasiya 5,2%; 2026-cı ildə 4,5%; 2027–2029-cu illərdə isə 4%;

  • S&P Global və Moody’s: 2025-ci ildə 4%, 2026-cı ildə 3%;

  • Fitch Ratings: 2025-ci ildə 5,3%, 2026-cı ildə 4,6%.

Related posts

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Azərbaycanda sənaye istehsalı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı