Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING Azərbaycanın iqtisadi artım proqnozunu artırıb - BBN

ING Azərbaycanın iqtisadi artım proqnozunu artırıb

ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu artırıb.

BBN.az xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,8%-dən 3,5%-ə yüksəldib, 2025-ci ildə isə 2,5%-dən 2,6%-ə kimi artırıb. Bu isə korporasiyanın əvvəlki proqnozundan müvafiq olaraq 0,7% və 0,1% bəndi çoxdur.

ING 2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%-dən 3,0%-ə, ilin son rübü üzrə isə proqnozunu 1,5%-dən 2,5%-ə yüksəldib.

Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il üzrə 3,2 %, 2025-ci il üzrə 2,7 %-ə, 2026-cı ildə isə 2,3 % iqtisadi artım olacağını gözləyir.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı