Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Instagram-a canlı məkan paylaşma funksiyası gəlir - BBN

Instagram-a canlı məkan paylaşma funksiyası gəlir

“Biz Instagram istifadəçilərinə yerlərini birbaşa mesajlar vasitəsilə dostları ilə bölüşmək imkanı təklif edirik”, – deyə şirkətdən bildirilib.

BBN.az xəbər verir ki, Instagram bu ilin əvvəlində istifadəçilərə canlı məkanlarını paylaşmağa imkan verən funksiyanı sınaqdan keçirirdi. Qeyd edək ki, Meta-nın digər mesajlaşma proqramı olan WhatsApp uzun müddətdir ki, istifadəçilərə canlı məkanlarını başqaları ilə paylaşmağa icazə verib.

Məkanını müddətsiz başqaları ilə paylaşmağa imkan verən Apple və Snapchat-dan fərqli olaraq, Instagram istifadəçilərə bunu yalnız bir saata qədər etməyə icazə verir. Instagram bildirir ki, bu funksiya gəliş vaxtlarını koordinasiya etmək və ya insanların sıx olduğu yerlərdə dost tapmaq üçün istifadə edilə bilər.

İstifadəçilər  məkanınlarını bir şəxslə və ya qrup söhbətində paylaşmağı seçə bilərlər. Məkan paylaşıldığı zaman yalnız müəyyən söhbətdə olan insanlar bunu görə bilər və məkan digər çatlara yönləndirilə bilməz. Söhbətin yuxarı hissəsində hazırda canlı məkanın paylaşıldığını xatırladan göstərici görəsənək.

Related posts

Bazarın nəbzi döyünür: Kriptovalyuta dünyası və texnologiya nəhəngi Nvidia-nın uğurlu nəticələri fonunda Bitcoin yenidən yüksəlişdədir!

Süni İntellektə Milyardlıq Sərmayə İnsanları İşsiz Qoyur: “Meta” Səhər Saat 4-də Kütləvi İxtisarlara Başladı!

2026-cı ilin ən böyük sosial media platformaları

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı