Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka krediti götürmək istəyənlər maliyyə imkanlarını düzgün qiymətləndirməlidir - EKSPERT ŞƏRH ETDİ - BBN

İpoteka krediti götürmək istəyənlər maliyyə imkanlarını düzgün qiymətləndirməlidir – EKSPERT ŞƏRH ETDİ

İpoteka krediti almaq istəyən vətəndaşlar ilk növbədə maliyyə imkanlarını düzgün qiymətləndirməli və gəlirlərinə uyğun addım atmalıdırlar. İpoteka çox uzunmüddətli öhdəlikdir və bu müddət ərzində vətəndaşın maliyyə sabitliyi ən mühüm şərtlərdən biridir. Əgər aylıq gəlir ipoteka ödənişini qarşılamağa kifayət etmirsə, həmin şəxs gələcəkdə ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər”.

Bu sözləri iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, ipoteka krediti götürmək istəyən şəxs ilk növbədə rəsmi gəlirini sənədləşdirməli və bankın tələblərinə uyğun gəlməlidir. Çünki banklar yalnız rəsmi mənbələrdən daxil olan gəlirləri qəbul edirlər. Bundan əlavə, ilkin ödəniş məsələsi də çox vacibdir. Azərbaycanda ipoteka proqramlarının əksəriyyəti mənzilin dəyərinin ən azı 10-30 faizinin əvvəlcədən ödənilməsini tələb edir: “İpoteka kreditləri üzrə seçim edərkən vətəndaşlar faiz dərəcələrinə, ödəniş müddətinə və əlavə xərclərə diqqət yetirməlidirlər. Dövlət xətti ilə verilən güzəştli ipotekalar daha sərfəlidir, lakin onlara müraciət üçün müəyyən şərtlər mövcuddur. Kommersiya ipotekaları isə daha əlçatan olsa da, onların faizləri yüksəkdir və uzunmüddətli perspektivdə əlavə maliyyə yükü yarada bilər. İpoteka krediti götürməzdən öncə risklər də nəzərə alınmalıdır. Məsələn, iş yerinin dəyişməsi, gəlirin azalması və ya gözlənilməz xərclər borcun qaytarılmasını çətinləşdirə bilər. Buna görə də, vətəndaşlar ipotekaya daxil olmadan əvvəl sabit iş imkanlarını, gələcək ailə büdcəsini və uzunmüddətli maliyyə perspektivlərini qiymətləndirməlidirlər. Nəticə olaraq, ipoteka krediti vətəndaş üçün mənzil əldə etməyin effektiv yoludur, amma düzgün planlama, maliyyə savadlılığı və gəlirlərin real qiymətləndirilməsi olmadan bu öhdəlik ciddi problemlərə gətirib çıxara bilər.

 

SİA

Related posts

Taleh Kazımov: “Bank BTB”nin depozit portfelinin böyük hissəsi ABB-yə ötürülüb

AMB: İslam maliyyəsi ilə bağlı qanunvericilik paketləri bu il təsdiqlənə bilər

AMB kənd təsərrüfatı kreditləri üzrə yeni risk qiymətləndirmə alətləri hazırlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı