Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər - BBN

İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər

Vətəndaşlar bir valyutadan asılı olmamaq üçün maliyyə portfellərini diversifikasiya etməyə üstünlük verirlər.

BBN.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli Pravda.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, son bir ildə avro ABŞ dolları qarşısında əhəmiyyətli dərəcədə möhkəmlənib.

İqtisadçı qeyd edib ki, ilin əvvəlində avro–dollar məzənnəsi 1,03–1,05 aralığında olduğu halda, hazırda 1,17–1,18 səviyyəsinə yüksəlib. Bu tendensiya vətəndaşların vəsaitlərinin bir hissəsini avroda saxlamağa üstünlük verməsinə səbəb olur. Eyni zamanda, gələn il üçün də avronun müəyyən qədər bahalaşacağı gözlənilir və bu gözləntilər əsasında müvafiq proqnozlar verilir. İnsanlar isə bu prosesdən əlavə qazanc əldə etməyə çalışırlar.

X.Kərimli bankların üzərində möhür olan və ya zədələnmiş əskinasları qəbul etməməsi, həmçinin dollar əməliyyatları üzrə komissiya tutulması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, manatın sahibi Azərbaycan Mərkəzi Bankı olsa da, dolların sahibi Mərkəzi Bank deyil və kommersiya bankları dolları alıb-satırlar.

“Zədələnmiş və üzərində möhür olan dollar əskinasları ABŞ-yə göndərilməli və Amerika Mərkəzi Bankında dəyişdirilməlidir. Bu proses həm uzunmüddətli, həm də əlavə xərc tələb edir. Məhz bu səbəbdən banklar belə hallarda əlavə komissiya tətbiq edirlər”, – deyə iqtisadçı qeyd edib.

Related posts

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı