Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İran bankının Bakı filialının mənfəəti 13%-ə yaxın azalıb - BBN

İran bankının Bakı filialının mənfəəti 13%-ə yaxın azalıb

Bu ilin ilk doqquz ayında “Bank Melli İran”ın Bakı filialının xalis mənfəəti təxminən 13% azalıb.

Filialın 2025-ci ilin yanvar–sentyabr ayları üzrə xalis mənfəəti 4,38 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% və ya 645 min manat azdır (2024-cü ilin 9 ayı üzrə – 5,02 mln. manat).

Cari ilin 9 ayı ərzində filialın faiz gəlirləri 4,30 mln. manat olub, faiz xərcləri isə qeydə alınmayıb. Nəticədə xalis faiz gəlirləri son bir ildə 15,4% artaraq 4,30 mln. manata çatıb.

Bankın aktivlər üzrə ehtiyatlara ayırmaları 1,21 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51% azdır (2024-cü ildə 2,47 mln. manat). Bundan əlavə, xarici valyuta əməliyyatlarından 25,8 min manat gəlir əldə olunub, digər gəlirlər isə 3,8 min manat olub. İnzibati xərclər 1,26 mln. manata bərabər olub.

Filialın bəzi əməliyyatlarına Mərkəzi Bank tərəfindən məhdudiyyətlərin aradan qaldırılması müsbət təsir edib. Belə ki, 2025-ci il sentyabrın 30-na müştərilərə verilən kreditlərin həcmi 2,23 mln. manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 49% artım deməkdir (2024-cü ilin sonu – 1,5 mln. manat). Eyni tarixdə müştəri hesabları üzrə öhdəliklər 35,63 mln. manat təşkil edib ki, bu da 0,1% artıma bərabərdir.

Filialın cəmi aktivləri 1 oktyabr 2025-ci il tarixinə 1,9% artaraq 121,33 mln. manata, cəmi kapitalı isə 8,9% yüksələrək 53,32 mln. manata çatıb. Əksinə, cəmi öhdəliklər 2,7% azalaraq 68,01 mln. manata enib.

Mənbə: APA-Economics

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı