Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İri sahibkarlara verilən kreditlərin həcmi 8.3 mlrd. manatı ötüb - BBN

İri sahibkarlara verilən kreditlərin həcmi 8.3 mlrd. manatı ötüb

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il mart ayının 1-i tarixinə 14 milyard 777 milyon manat təşkil edib.  

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,5% çoxdur.

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 382,5 mln. manatı və ya 2,6%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 332 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 947 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 488 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 008 mln. manatı isə mikro sahibkarlığa verilib

Related posts

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir

Azərbaycan Türkiyə ilə maliyyə sektorunda innovativ həllərin geniş tətbiqini müzakirə edib

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı