İcbari Sığorta Bürosunun (İSB) təsdiqlədiyi “2025–2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulan 7 fəaliyyət üzrə işlər ötən il tam başa çatdırılıb.
BBN.az xəbər verir ki, bu barədə İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova açıqlama verib.
Onun sözlərinə görə, Strategiyada əksini tapan 39 fəaliyyət üzrə icra prosesi hazırda davam edir. Ümumilikdə isə 2025–2027-ci illəri əhatə edən Strategiya çərçivəsində 14 təşəbbüs və 66 fəaliyyət planlaşdırılıb. Xanım Camalova vurğulayıb ki, fəaliyyətlərin icrasında hər hansı gecikmə halı qeydə alınmayıb.
report