Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İSB “Yaşıl Kart” sistemi üzrə Almaniyada baş vermiş hadisəyə görə 161 min manat ödəniş edib - BBN

İSB “Yaşıl Kart” sistemi üzrə Almaniyada baş vermiş hadisəyə görə 161 min manat ödəniş edib

İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” – Beynəlxalq Sığorta Sistemi çərçivəsində növbəti iri həcmli ödəniş həyata keçirib.

Bürodan verilən məlumata görə, Almaniyanın Hess şəhərində Qazaxıstan dövlət qeydiyyat nişanlı, Azərbaycan “Yaşıl Kart”ına malik avtonəqliyyat vasitəsinin səbəb olduğu hadisə üzrə 161 021 manat (81 418 avro) məbləğində sığorta ödənişi təmin edilib.

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın “Yaşıl Kart” sahiblərinin təqsiri ilə Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda ümumilikdə 336 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrlə bağlı ümumi ödəniş həcmi 804 290 manat təşkil edib.

“Yaşıl Kart” sistemi üzv ölkələrin qarşılıqlı zəmanəti əsasında xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətinin sığortalanmasını təmin edən beynəlxalq mexanizmdir. Sistem yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsinə imkan yaradır.

İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və bu qurumda Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatda olan nəqliyyat vasitələri üçün də Azərbaycan “Yaşıl Kart”larının satışı həyata keçirilir.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Mərkəzi Bank: 10 manatlıq əskinaslar ödəniş terminallarında qəbul edilməlidir

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı