Home » İSB “Yaşıl Kart” sistemi üzrə Almaniyada baş vermiş hadisəyə görə 161 min manat ödəniş edib

İSB “Yaşıl Kart” sistemi üzrə Almaniyada baş vermiş hadisəyə görə 161 min manat ödəniş edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” – Beynəlxalq Sığorta Sistemi çərçivəsində növbəti iri həcmli ödəniş həyata keçirib.

Bürodan verilən məlumata görə, Almaniyanın Hess şəhərində Qazaxıstan dövlət qeydiyyat nişanlı, Azərbaycan “Yaşıl Kart”ına malik avtonəqliyyat vasitəsinin səbəb olduğu hadisə üzrə 161 021 manat (81 418 avro) məbləğində sığorta ödənişi təmin edilib.

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın “Yaşıl Kart” sahiblərinin təqsiri ilə Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda ümumilikdə 336 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrlə bağlı ümumi ödəniş həcmi 804 290 manat təşkil edib.

“Yaşıl Kart” sistemi üzv ölkələrin qarşılıqlı zəmanəti əsasında xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətinin sığortalanmasını təmin edən beynəlxalq mexanizmdir. Sistem yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsinə imkan yaradır.

İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və bu qurumda Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatda olan nəqliyyat vasitələri üçün də Azərbaycan “Yaşıl Kart”larının satışı həyata keçirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.