Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 38 066 vətəndaş qəbul edilib.
BBN.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Məlumata görə, qəbul edilən vətəndaşlardan 74 nəfərinə Fondun Aparatının rəhbər şəxsləri, 1 459 nəfərinə Fondun Aparatının Qəbul Mərkəzi, 2 129 nəfərinə mərkəzi, 34 404 nəfərinə isə regional filiallar tərəfindən xidmət göstərilib.