Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin dəstəyilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”yə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Münsiflər heyətinin qərarına əsasən, “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında ən yaxşı veriliş nominasiyasında ARB televiziyasının “İş vaxtı” verilişi seçilib. Proqramda ümumilikdə “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında geniş məlumat verilib. Studiyaya dəvət olunan qonaqla həftənin ən mühüm tədbirləri müzakirə olunub, canlı bağlantılar edilib.

Ən yaxşı TV süjet CBC televiziyasında yayımlanıb. Jurnalist Nigar Rəhmanovanın hazırladığı süjet “Kibertəhlükəsizlik” mövzusu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “Ağıllı həllər”ə həsr edilib.

Ən yaxşı məqalə nominasiyasının qalibi “Oxu.az” saytı olub. Müəllif İlhamə Əbülfət qadınların İKT-dəki rolunu, bu sahədə görülən işləri və yaradılan şəraiti ətraflı araşdırıb.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Related posts

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda maliyyə sabitliyi hesabatının təqdimatına dair görüş keçirilmişdir – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı