Kanadanın “Royal Bank”ı Baş maliyyə direktorunu işdən çıxarıb – Foto

Kanadanın “Royal Bank”ı Baş maliyyə direktoru Nadine Ahn-ı işdən çıxarıb və onun əvəzinə müvəqqəti Katherine Gibson-u gətirib.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bankdan bildirilib ki, Ahn-a qarşı ittihamlar irəli sürülüb və aparılan araşdırmalar zamanı onun digər bir işçi ilə münasibətlərinin olduğu ortaya çıxıb.

Xanım Nadine vəzifəsindən istifadə edərək işçiyə əməkhaqqından əlavə bonuslar, artımlar verib. Bankdan verilən açıqlamaya əsasən nəticədə hər iki işçinin işinə xitam verilib. Nadine isə məsələ ilə bağlı bir açıqlama verməyib.

Eyni zamanda bank yuxarıda qeyd edilən pozuntudan əlavə onun və işdən çıxarılan digər işçinin fəaliyyətinə dair heç bir pozuntu faktı aşkar etməyib.

Qeyd edək ki, o, Baş maliyyə direktoru olaraq vəzifəsinə 2021-ci ilin sentyabrında gətirilmişdi.

Related posts

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı