ABŞ-da pərakəndə satış şirkətlərinin uzunmüddətli etirazlarına baxmayaraq, kart əməliyyatları üzrə interchange haqları öz mövqeyini qorumaqda davam edir.
Interchange – kartla ödəniş zamanı ekvayer bank tərəfindən kartı buraxan banka ödənilən komissiyadır.
Payments Dive bildirir ki, merchantlərin, siyasətçilərin və tənzimləyicilərin təzyiqlərinə baxmayaraq, kredit kartları üzrə haqların əhəmiyyətli şəkildə aşağı salınması istiqamətində ciddi irəliləyiş olmayıb.
Bunun əsas səbəblərindən biri istehlakçıların kredit və debet kartlarına, xüsusilə bonus və loyallıq proqramlarına yüksək marağıdır. Interchange gəlirlərinin bir hissəsi məhz bu bonusların maliyyələşdirilməsinə yönəlir.
ABŞ Federal Ehtiyat Sisteminin araşdırmalarına əsasən, kredit və debet kartları 2020-ci ildən bəri amerikalı istehlakçıların ən çox istifadə etdiyi iki əsas ödəniş vasitəsi olaraq qalır.
Bu səbəbdən kartların üstün mövqeyi davam etdikcə interchange modelində radikal dəyişikliklərin həyata keçirilməsi də çətin görünür.
Mənbə: Payments Dive