Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur - BBN

“KƏPƏZ BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “KƏPƏZ BOKT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlamış, 10 təqvim günü davam etmişdir.

AZ2012020809 İSİN kodlu istiqrazların yerləşdirilməsi 22 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “KƏPƏZ BOKT” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2012020809
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 15%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Tədavül müddəti 24 ay
Minimal qiymət 100 (15.0000%) manat
Maksimal qiymət 100 (15.0000%) manat
Kəsmə qiymət 100 (15.0000%) manat
Ortaçəkili qiymət 100 (15.0000%) manat
Reallaşdırılmış həcm 1,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 55
Sifariş sayı 55
Anderrayter  “Troni İnvestisiya Şirkəti” QSC

Related posts

“S&P Global” “Kapital Bank”ın uzunmüddətli kredit reytinqini artırıb

Bankın kredit borcuna görə qohumlara zəng etməsi qanunidirmi?

Mərkəzi Bank 3 sığorta agentinin – LİSENZİYASINI LƏĞV EDİB – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı