KOB inkişaf mərkəzləri sahibkarlar arasında əlaqələrin genişlənməsinə dəstək göstərir

Göyçay və Ağdaş rayonlarında fəaliyyət göstərən sahibkarlar Lənkəran rayonunda yerləşən çəltik sahələrində və emal zavodunda olublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran və Göyçay-Ağdaş KOB inkişaf mərkəzlərinin dəstəyi ilə təşkil olunmuş səfərin məqsədi çəltikçiliklə məşğul olan Lənkəran fermerləri ilə Göyçay və Ağdaşdan olan sahibkarlar arasında əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dəstək olmaqdır.

Çəltik təsərrüfatında olan sahibkarlar çəltik əkini, aqro-turizm təsərrüfatında siturs və kivi bağlarına qulluq, çəltik emalı zavodunda isə çəltiyin emalı prosesi ilə tanış olublar.

Tədbir çərçivəsində həmçinin, Lənkəran KOB İnkişaf Mərkəzində sahibkarlar üçün təlim təşkil olunub. Təlimdə sahibkarlar çəltiyin satışı, bu məhsulun daxili və xarici bazarlara çıxarılmasına dair məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Related posts

İRİA-nın təşəbbüsü ilə keçirilən olimpiadada 400-dən çox məktəbli və universitet tələbəsi iştirak edib – Foto

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı