​KOB-lar üçün onlayn satış imkanlarına dair tədbir keçiriləcək

Koronavirus (COVID-19) pandemiyası dövründə elektron ticarətə (E-commerce) artan tələb, mikro, kiçik və orta sahibkarların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya olan ehtiyacı nəzərə alınaraq, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən onlayn tədbir keçiriləcəkdir.

13 may 2020-ci il tarixində, saat 15.00-da “Zoom” proqramı vasitəsilə təşkil olunacaq onlayn tədbirdə onlayn satış platformalarının yaradılması üzrə mütəxəssislər tərəfindən “E-commerce”in əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə KOB-lar məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirdə iştirak etmək üçün – https://us02web.zoom.us/j/84358091973?pwd=YUg4amE5… (parol: 620650)

Related posts

“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə!

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

Dünya bazarlarında qızılın qiyməti 2500 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı