Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA nümayəndələri Dubayda azərbaycanlı iş adamı tərəfindən təsis edilmiş şirkətdə olublar - BBN

KOBİA nümayəndələri Dubayda azərbaycanlı iş adamı tərəfindən təsis edilmiş şirkətdə olublar

Dubayda meyvə-tərəvəz idxalı ilə məşğul olan “Eco Garden” şirkətinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti xarici ölkələrə səfərlər və keçirilən tədbirlər çərçivəsində müxtəlif şirkətlərin, o cümlədən azərbaycanlı iş adamları tərəfindən təsis edilən biznes subyektlərinin fəaliyyəti ilə tanış olur. Məqsəd xarici ölkələrdəki şirkətlərin fəaliyyəti və biznes təcrübəsi ilə yaxından tanış olmaq, əməkdaşlıq üçün onları Azərbaycan iş adamları ilə əlaqələndirməkdir.    

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov azərbaycanlı iş adamı tərəfindən təsis edilmiş “Eco Garden” şirkətində olub, şirkətin təsisçisi Camal Tağıyev ilə görüşüb. 

Görüşdə meyvə-tərəvəz idxalı ilə məşğul olan şirkətin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, Agentliyin yerli və xarici şirkətlərin əlaqələndirilməsi istiqamətində dəstək və xidmətləri barədə məlumat verilib. 

Related posts

WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir

“ƏDV geri al” layihəsi Naxçıvanda da uğurla tətbiq edilir

Argentina Mərkəzi Bankı Valyuta Bazarından 153 Milyon Dollar Aldı: Ehtiyatlar Rekord Səviyyəyə Çatır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı