Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Koreya Bankı faiz artımına hazırlaşır: inflyasiya təzyiqləri davam edir - BBN

Koreya Bankı faiz artımına hazırlaşır: inflyasiya təzyiqləri davam edir

Koreya Bankının birinci müavini Ryu San De bildirib ki, qurumun may ayının sonunda keçiriləcək növbəti iclasında pul siyasəti ilə bağlı daha sərt və qətiyyətli ritorika müşahidə oluna bilər.

“Report”un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində Səmərqənddə keçirilən mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, mövcud iqtisadi şərait faiz dərəcələrinin artırılmasını nəzərdən keçirmək üçün uyğun mərhələyə çatıb. Ryu San De qeyd edib ki, hökumətin istehlak qiymətlərini sabit saxlamaq üçün həyata keçirdiyi tədbirlərə baxmayaraq, ölkədə inflyasiya təzyiqləri yüksək olaraq qalır.

Eyni zamanda, o, Cənubi Koreya iqtisadiyyatının bu il təxminən 2 % artım göstərə biləcəyini proqnozlaşdırıb. Bildirilib ki, yarımkeçirici məhsullarına olan güclü xarici tələbat iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalmaqdadır.

Related posts

Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda

THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində

Ziraat Bank Azərbaycan Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı