Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaxın Şərq böhranı qlobal enerji bazarını sarsıdır: neft və qaz çatışmazlığı uzunmüddətli təsir göstərəcək - BBN

Yaxın Şərq böhranı qlobal enerji bazarını sarsıdır: neft və qaz çatışmazlığı uzunmüddətli təsir göstərəcək

Yaxın Şərqdə davam edən böhran fonunda yaranan neft və qaz çatışmazlığı artıq qlobal iqtisadiyyata ciddi təzyiq göstərməyə başlayıb. Bu barədə Asiya İnkişaf Bankı (ADB) prezidenti Masato Kanda bankın Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən “ADB Insight” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, mövcud enerji şokunun təsirləri uzunmüddətli olacaq və sənayedən tutmuş nəqliyyat sektoruna qədər geniş sahələri əhatə edəcək. Masato Kanda vurğulayıb ki, COVID-19 pandemiyası dövründən fərqli olaraq, hazırkı böhran əsasən enerji sektorunda cəmləşmiş təklif şoku ilə xarakterizə olunur.

ADB prezidentinin fikrincə, böhranın miqyası həm pandemiyanın iqtisadi nəticələrini, həm də Ukraynadakı münaqişənin ilkin mərhələsində yaranan təsirləri geridə qoyur. O qeyd edib ki, neft və qaz çatışmazlığı müəyyən mənada tarixdə analoqu olmayan vəziyyət yaradıb və artıq bu təsirlər digər sənaye sahələrinə də yayılmaqdadır.

Masato Kanda əlavə edib ki, enerji və hava nəqliyyatı xərclərinin artması digər malların qiymətlərinə də gecikməli şəkildə təsir edir və bu prosesin davam edəcəyi gözlənilir.

Bununla yanaşı, istehsal və nəqliyyat infrastrukturunun zərər görməsi də əlavə təzyiq yaradır. Bu güclərin bərpasının aylar, hətta illər çəkə biləcəyi bildirilir.

Related posts

Azərbaycanda 500 kV-luq yeni elektrik xəttinin tikintisi planlaşdırılır

Azərbaycan-BƏƏ enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Şule Kılıç: “EBRD Azərbaycanda “yaşıl layihə”ləri maliyyələşdirməyə hazırdır” – MÜSAHİBƏ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı