Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Kredit Evi” ASC -nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə alınmışdır - BBN

“Kredit Evi” ASC -nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə alınmışdır

12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN Səhmlərin növü və forması Səhmlərin sayı Nominal Dəyəri  

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1001021497 Adi adlı  sənədsiz  səhm 20,000

(ədəd)

20

manat

 

Abunə yazılışı üsulu

 

“Assist Finance İ.Ş” ASC

 

Related posts

“ING Group” Azərbaycanın 2029-cu ilədək ÜDM artımı üzrə proqnozlarını açıqlayıb

Ekspert: İlin sonunadək İslam bankçılığı ilə bağlı bəzi qanunvericilik islahatlarının qəbulu gözlənilir

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı