Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kredit götürərkən nələrə diqqət etmək lazımdır? - BBN

Kredit götürərkən nələrə diqqət etmək lazımdır?

Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin iyun ayına dair hesabatına əsasən, ölkədə problemli kreditlərin həcmində artım qeydə alınıb.

Vaxtı keçmiş kreditlərin ümumi məbləği 635,4 milyon manat təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 3,45% çoxdur.

Mövzu ilə bağlı “Azad Azərbaycan” (ATV) telekanalı videomaterial hazırlayıb.

İqtisadçı Emin Qəribli bildirib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri istehlak kreditləri üzrə faiz dərəcələrinin biznes kreditləri ilə müqayisədə daha yüksək olmasıdır. Onun sözlərinə görə, bu amil vətəndaşların kredit öhdəliklərini yerinə yetirməsini çətinləşdirir.

Ekspert qeyd edib ki, son altı ay ərzində makroiqtisadi göstəricilərdə müşahidə olunan müəyyən zəifləmə biznes mühitinə və sahibkarların fəaliyyətinə də mənfi təsir göstərib.

Bank sektoru üzrə mütəxəssis Emin Kərimov isə vətəndaşları kredit götürərkən daha məsuliyyətli davranmağa çağırıb. O vurğulayıb ki, zəruri ehtiyac olmadığı halda kredit götürməkdən çəkinmək, kredit öhdəliyinin necə və hansı mənbədən ödəniləcəyini əvvəlcədən planlaşdırmaq vacibdir.

E.Kərimovun sözlərinə görə, ödənişdə çətinlik yaşayan şəxslər banklara müraciət edərək kreditlərin restrukturizasiyasını tələb edə bilərlər. Bu zaman borcun daha uzun müddətə və daha münasib şərtlərlə ödənilməsi mümkün olur.

Mütəxəssislər hesab edirlər ki, cəlbedici kredit reklamlarına aldanmamaq və yalnız real maliyyə imkanları çərçivəsində borclanmaq problemli kreditlərin artmasının qarşısını almaq üçün əsas şərtlərdəndir.

Related posts

İyunda Azərbaycanda əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Azərbaycanda 9 bankın kredit portfeli 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı