Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ləğv prossesində olan "Günay Bank" ASC üzrə ödənilmiş kompensasiyaların həcmi 31 mln manata çatır - BBN

Ləğv prossesində olan “Günay Bank” ASC üzrə ödənilmiş kompensasiyaların həcmi 31 mln manata çatır

19.06.2023-cü il tarixindən 20.07.2023-cü il tarixinədək “Bank Respublika” ASC tərəfindən ləğv prossesində olan “Günay Bank” ASC-nin 1915 sığortalı müştərisinə ümumilikdə 30,701,746 AZN kompensasiya ödənilmişdir.

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) BBN.az-a verilən məlumata əsasən burada əmanəti milli valyutada olan 1715 müştəriyə 23,930,747 AZN, əmanəti ABŞ dollarında olan 184 müştəriyə 6,525,975 AZN (3,838,809 ABŞ dolları ekvivalenti) və 16 müştəriyə AVRO-da olan əmanətinə görə isə 245,023 AZN (133,042 AVRO ekvivalenti) məbləğində kompensasiya ödənilmişdir.

Xatırladaq ki, 16 may 2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsi qərarına əsasən Azərbaycan Mərkəzi Bankı “Günay Bank” ASC-nin lisenziyasını ləğv etdərək bankı müflis elan edilmişdir. Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin olunmuşdur.

19 iyun 2023-cü il tarixdən başlayaraq isə müflis elan edilmiş “Günay Bank” müştərilərinə kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC müvafiq filialları vasitəsilə həyata keçirilməsinə başlanmışdır.

Related posts

Biznesin üçün 10-dan dəstək al!

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Azərbaycanda informasiya və rabitə xidmətləri 10,4 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı