Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Londonda “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyası keçirilib - BBN

Londonda “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyası keçirilib

Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri müzakirə olunub.

Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyası keçirilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə rəhbəri Natali Mouravidzenin moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika nazirinin müavini Elnur Sultanov, “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan, “McKinsey & Company” şirkətinin baş tərəfdaşı Yermolay Soljenitsin regional əməkdaşlıq, yaşıl enerji keçidi, dövlət-özəl sektor tərəfdaşlığı və digər məsələlər barədə sualları cavablandırıblar.

Sessiyada regional iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq dəyərlərin formalaşmasında önəmli rol oynayan yaşıl enerji dəhlizində Azərbaycanın enerji habı kimi strateji mövqeyi vurğulanıb. Ölkəmizdə yaşıl enerji keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub.

Vurğulanıb ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş razılaşmalar yaşıl enerjiyə keçid sahəsində regional əməkdaşlığı təşviq edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, bərpa olunan enerji resursları yerli və xarici investorları cəlb edir. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdə özəl sektor fəal iştirak edir.

Bildirilib ki, ölkəmizin sənaye zonalarının enerji təchizatında  yaşıl enerjidən istifadə, bu sahədə istehsalın lokallaşdırılması və bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşları önəm kəsb edir.

Sessiyada qeyd olunub ki, Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir və ölkəmiz bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır. Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir.  

Vurğulanıb ki, Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir. Ələt Azad İqtisadi Zonasında tranzit və sənaye zonalarının sinerjisi yaradılıb. Bu da regionun iqtisadi-ticarət potensialının artırılmasına xidmət edir.

Sessiyada investorlar ölkəmizlə rəqəmsal iqtisadiyyat, yaşıl enerji keçidi, logistika, sənaye kimi sahələrdə fəal əməkdaşlığa dəvət olunublar.

Related posts

Bakı Fond Birjası PAŞA Bank səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi tədbirində iştirak edib

Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı