Mənşə sertifikatları ilə bağlı müraciətlər yalnız “E-keyfiyyet.gov.az” informasiya sistemi üzərindən qəbul olunacaq

2026-cı ilin 1 yanvar tarixindən etibarən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri mənşə sertifikatlarını əldə etmək məqsədilə müraciətlərini yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən həyata keçirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edir.

2026-cı ilin 1 yanvar tarixindən etibarən mənşə sertifikatları üzrə müraciətlər yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən qəbul olunacaq.

Bununla əlaqədar olaraq, cari ilin avqust ayından etibarən Bakı şəhəri və regionlarda 300-dən çox ixracla məşğul olan sahibkarlıq subyektləri ilə “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83%-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.

Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarıqlarının artırılması məqsədilə “Mənşə sertifikatı” alt moduluna dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalında  (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) da yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.

Related posts

Yaponiya $7 trilyonluq ev təsərrüfatı yığımlarını istiqrazlara yönəltmək istəyir

Xaçmazda aqrar sahibkarlar üçün ixrac, subsidiya və sığorta mövzularında görüş keçiriləcək

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı