Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv edib - BBN

Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı daha bir sığorta agentinin fəaliyyət lisenziyasını ləğv edib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyul 2026-cı il tarixli qərarı ilə Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.

Qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.8-ci maddəsinə əsasən qəbul edilib.

Söhbət 1 iyun 2009-cu il tarixində verilmiş 000129 nömrəli lisenziyadan gedir.

Mərkəzi Bank qeyd edib ki, lisenziyanın ləğvi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq həyata keçirilib.

Related posts

“Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verildi

Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı