Azərbaycan Mərkəzi Bankı daha bir sığorta agentinin fəaliyyət lisenziyasını ləğv edib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyul 2026-cı il tarixli qərarı ilə Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.
Qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.8-ci maddəsinə əsasən qəbul edilib.
Söhbət 1 iyun 2009-cu il tarixində verilmiş 000129 nömrəli lisenziyadan gedir.
Mərkəzi Bank qeyd edib ki, lisenziyanın ləğvi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq həyata keçirilib.