BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) rəqəmsal ödənişlərin inkişafı ilə bağlı müzakirələr aparıb.
Mərkəzi Bankdan verilən məlumata görə, görüş AMB-nin sədri Taleh Kazımov və Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilib.
Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda aparılan islahatlar, eləcə də rəqəmsal ödəniş sistemlərinin inkişafı məsələləri müzakirə olunub.
Bundan əlavə, AMB ilə əməkdaşlıq çərçivəsində Dünya Bankı tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin Dünya Bankının Azərbaycandakı fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirələr aparıblar.