Home » Mərkəzi Bank və Dünya Bankı rəqəmsal ödənişlərin inkişafını müzakirə edib

Mərkəzi Bank və Dünya Bankı rəqəmsal ödənişlərin inkişafını müzakirə edib

by Zeyneb
0 comments 3 views 1 minutes read

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) rəqəmsal ödənişlərin inkişafı ilə bağlı müzakirələr aparıb.

Mərkəzi Bankdan verilən məlumata görə, görüş AMB-nin sədri Taleh Kazımov və Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilib.

Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda aparılan islahatlar, eləcə də rəqəmsal ödəniş sistemlərinin inkişafı məsələləri müzakirə olunub.

Bundan əlavə, AMB ilə əməkdaşlıq çərçivəsində Dünya Bankı tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Dünya Bankının Azərbaycandakı fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirələr aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.