Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank yeni 100 manatlıqların testlərinin yekun mərhələdə olduğunu açıqlayıb - BBN

Mərkəzi Bank yeni 100 manatlıqların testlərinin yekun mərhələdə olduğunu açıqlayıb

İyulun 15-dən etibarən Azərbaycanda yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanı tədavülə buraxılacaq.

BBN.az xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bankın sorğuya cavabı əsasında Medianews.az yayıb.

Xatırladaq ki, Mərkəzi Bank üç ay əvvəl ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiya) prosesinə başlanıldığını açıqlamışdı.

Mərkəzi Bankın məlumatına görə, hazırda təchizatçı şirkətlər yenilənmiş 100 manatlıq əskinasın ölkədə istismar edilən bütün nağd pul avadanlıqları tərəfindən tanınması üçün adaptasiya işlərini davam etdirir.

Qurum bildirib ki, Mərkəzi Bank tənzimləyici orqan kimi bu proseslərə nəzarət edir və müvafiq testlər həyata keçirir. Hazırda yekun mərhələdə olan uyğunlaşdırma işlərinin yeni pul nişanının tədavülə buraxılacağı tarixədək tamamlanması planlaşdırılır.

Yeni 100 manatlıq əskinasda bir sıra müasir mühafizə elementləri tətbiq edilib. Bunlara üçölçülü mikrogüzgü effektinə malik rəngini dəyişən holoqram, dinamik işıq effekti yaradan və rəngini dəyişən “Spark Flow Prime” elementi, su nişanı, görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər, mühafizə sapı, mürəkkəbsiz çap və mikromətnlər daxildir.

Bundan əlavə, banknotun arxa tərəfi dünya təcrübəsinə uyğun olaraq şaquli dizaynda hazırlanıb.

Yenilənmiş 100 manatlıq pul nişanının üzərində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazimov-un imzası yer alıb. İmza əskinasın ön tərəfində, sol yuxarı hissədə yerləşdirilib.

Mərkəzi Bank vurğulayıb ki, yeni 100 manatlıq pul nişanı hazırda dövriyyədə olan eyni nominallı əskinaslarla paralel şəkildə istifadə olunacaq və ödəniş vasitəsi kimi heç bir məhdudiyyət olmadan qəbul ediləcək.

Related posts

IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

Azərbaycanda orta aylıq əməkhaqqı 1 175 manata yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 10,4 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı