Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Banka elektron müraciətlərin ünvanlandırılması imkanları genişləndirilir - BBN

Mərkəzi Banka elektron müraciətlərin ünvanlandırılması imkanları genişləndirilir

Mərkəzi Bank tərəfindən vətəndaşların Banka müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması diqqətdə saxlanılır. Mərkəzi Bankın myGov platformasında vətəndaşlara xidmət göstərən qurumlar siyahısına əlavə olunmaqla, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanının yaradılması bu istiqamətdə növbəti mühüm təşəbbüsə çevrilib.

Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik myGov (my.gov.az) platforması vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.

Artıq vətəndaşlar myGov veb-səhifəsində müvafiq siyahıdan Mərkəzi Bankı seçməklə, müraciətlərini onlayn qaydada Banka ünvanlaya bilərlər.

Xatırladaq ki, vətəndaşlara müraciətlərini Mərkəzi Bankın rəsmi veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə alınmasını təmin etmək imkanı da təqdim olunur.

Related posts

Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş pul nişanı buraxılır

Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib.

Beynəlxalq Valyuta Fondu: Yaxın Şərqdə gərginlik qlobal iqtisadiyyatı tənəzzül həddinə yaxınlaşdıra bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı