Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan 19 nəfər əməkdaşla görüş keçirilib - Foto - BBN

Mərkəzi Bankda 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan 19 nəfər əməkdaşla görüş keçirilib – Foto

Bu gün Mərkəzi Bankda 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan 19 nəfər əməkdaşla görüş keçirildi.

Öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik etdi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən Müharibəsi iştirakçılarının böyük cəsarət və fədakarlıqlarını dilə gətirdi.

Bildirdi ki, həmin əməkdaşlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

Vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəliyi, Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz qəhrəmanlığı, bütövlükdə xalqımızın rəşadətli əzmi ilə başa gələn böyük Zəfər xatirələrdə əbədi yaşayacaq, müstəqil və güclü Azərbaycanımız daim var olacaqdır.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı