
Bu gün Mərkəzi Bankda 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan 19 nəfər əməkdaşla görüş keçirildi.
Öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik etdi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən Müharibəsi iştirakçılarının böyük cəsarət və fədakarlıqlarını dilə gətirdi.
Bildirdi ki, həmin əməkdaşlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunmuşlar.
Vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəliyi, Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz qəhrəmanlığı, bütövlükdə xalqımızın rəşadətli əzmi ilə başa gələn böyük Zəfər xatirələrdə əbədi yaşayacaq, müstəqil və güclü Azərbaycanımız daim var olacaqdır.






