Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib - Foto - BBN

Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib – Foto

Mərkəzi Bankın strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Bakıda sayca onuncu olan Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib.

İkigünlük forumda həyat sığortası və bank kanallarının birgə fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, eləcə də iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.

Forumun ilk günündə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta sektorunda müşahidə edilən müsbət dinamikadan danışıb. “İqtisadi inkişafda maliyyə sektoru, xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır. Son illərdə sığorta sektorunda da davamlı institutsional islahatlar həyata keçirilib, infrastruktur xeyli təkmilləşdirilib və əhəmiyyətli nəticələr əldə edilib”, – deyə sədr qeyd edib.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev forumun növbəti günündə çıxış edərək sığorta sektorunda əldə olunan əhəmiyyətli nailiyyətləri diqqətə çatdırıb. “Forum sığorta sahəsində müxtəlif ölkələrin qazandıqları zəngin və uğurlu təcrübələrin mübadiləsi üçün məhsuldar və faydalı platformadır. Bu, Azərbaycanda aparılmaqda olan sığorta islahatları üçün mühüm intellektual mənbə kimi çıxış edir”, – deyə Ziya Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu yerli sığortaçılarla dünya sığortaçıların arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli bir platformaya çevrilib.

Related posts

Azərbaycan vergi məlumatlarının mübadiləsi üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Azərbaycanda mənzil bazarında qiymət artımı sabitləşir

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı